Əsas Səhifə > Azərbaycan > Müsavat Partiyasının üzvləri piket keçirdi
Müsavat Partiyasının üzvləri piket keçirdi3-11-2017, 17:03. |
Bu gün Müsavat Partiyasının üzvləri Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket keçirib. SİVİL.AZ bildirir ki, APA-nın xəbərinə görə, piketdə "Azadlıq" və digər şüarlar səsləndirilib. Aksiya iştirakçıları partiyanın Bakının mərkəzində yürüş keçirmək üçün müraciətinə BŞİH-nin razılıq verməməsinə etiraz ediblər. Aksiya dağılandan sonra partiya üzvləri Səxavət Soltanlı, Tofiq Yaqublu, Elman Fəttah, Mustafa Hacıbəyli, Əbülfəz Sadıqbəyli və Rəhim Yaqublu və daha bir neçə nəfər polis tərəfindən saxlanılıb. Geri qayıt |