Əsas Səhifə > Azərbaycan > Beynəlxalq təşkilatdan

Beynəlxalq təşkilatdan


6-11-2017, 02:00.
title}
Beynəlxalq təşkilatdan


Beynəlxalq Əmək Təşkilatı (BƏT) Azərbaycanı əmək müfəttişliyinin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsini təmin etmək üçün bütün zəruri addımları atmağa çağırır.

SİVİL.AZ
xəbər verir ki, bunu Trend-ə BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri Bürosunun direktoru Olqa Kulayeva deyib.

Hazırda BƏT ölkədə "Gənclərin məşğulluğu sahəsində MDB tərəfdaşlığı" layihəsini həyata keçirir. Bu layihə Azərbaycanda, Qazaxıstan və Rusiyada gənclərin məşğulluğu proqramının effektivliyinin artırılmasına yönəlib.

O.Kulayevanın sözlərinə görə, layihə hökumətə ölkədə əmək şərtlərini, o cümlədən əməyin mühafizəsi və təhlükəsizlik texnikasına əməl etməklə bağlı şərtləri yaxşılaşdırmağa kömək edəcək.

Neft qiymətləri azaldıqdan sonra Azərbaycan hökuməti iqtisadiyyatın diversifikasiyası üçün səyləri artırıb və əsas diqqəti infrastruktura, kənd təsərrüfatına, turizmə və İKT sektoruna yönəldib.

Agentliyin müsahibi hesab edir ki, mürəkkəb iqtisadi şəraitdə qeyri-neft sektorunun inkişafı dayanıqlı əmək bazarının əsasını qoya bilər: "BƏT hökumətin yeni iqtisadi modelə keçidi üçün səylərini dəstəkləyəcək tədbirlər paketi hazırlayıb. Bu tədbirlər makroiqtisadiyyatı, məşğulluq siyasətini, iqtisadiyyatın diversifikasiyasını və Dövlət Məşğulluq Xidmətinin müasirləşdirilməsini nəzərdə tutur".
Geri qayıt