Əsas Səhifə > Azərbaycan > "30-a yaxın deputat mənimlə yatmaq istəyib, çoxu da ailəlidir" -
"30-a yaxın deputat mənimlə yatmaq istəyib, çoxu da ailəlidir" -10-11-2017, 07:00. |
Britaniyada parlament binasındakı restoranda barmen işləyən qadın millət vəkilləri ilə bağlı diqqət çəkən iddia səsləndirib. SİVİL.AZ xəbər verir ki, Alice Bailey adlı 25 yaşlı qadın 30-a yaxın deputatdan intim təklif aldığını dilə gətirib. 4 ilini restoranda keçirən qadın açıqlamasında bildirib ki, bəzi millət vəkilləri onunla yatmaq üçün saatlarla yalvarıb. Alicenin dediyinə görə, adını çəkmədiyi millət vəkili avtobusda onun arxasına toxunub. 30-a yaxın deputatın marağına səbəb olan qadın bildirib ki, ona əxlaqsız təkliflər edən millət vəkillərinin çoxu ailəlidir. "Necə də acınacaqlıdır. 30-a yaxın deputat mənimlə yatmaq istəyirdi. Çoxu da ailəlidir və məndən yaşca iki dəfə böyükdür. Onlar təkliflərini qəbul edəcəyimi düşünürdülər". (Milli.Az) Geri qayıt |