Əsas Səhifə > Azərbaycan > Aleksandr Qordon Zirəddin Rzayevi studiyadan qovdu -

Aleksandr Qordon Zirəddin Rzayevi studiyadan qovdu -


13-11-2017, 11:49.
title}
Aleksandr Qordon Zirəddin Rzayevi studiyadan qovdu -


Azərbaycanlı ekstrasens Zirəddin Rzayev Rusiyanın “Birinci” kanalında yayımlanan verilişlərdən birinin qonağı olub.

SİVİL.AZ
Oxu.Az-a istinadən xəbər verir ki, proqramda yalançı ekstrasenslərin insanları aldatması müzakirə olunub. Lakin çəkiliş zamanı aparıcı Aleksandr Qordon Zirəddin Rzayevi studiyadan qovub. Ekstrasens bu hadisəyə aydınlıq gətirmək üçün “YouTube”da videomüraciət paylaşıb.

“Qordon məni studiyadan qovdu. O, bu hərəkəti edərkən, məni alçatmaq istəyib. Hörmət edib- etməmək öz işidir, lakin insanlara hörmətlə yanaşmaq tərbiyənin göstəricisidir. Düşünürəm ki, aparıcı sakit, azad olmalıdır, heç kəsin tərəfini saxlamamalıdır. Siz məni məhkəmədəki kimi mühakimə edirdiniz. Lakin sübutsuz. Mənim bir neçə ali təhsilim var, klinikada çalışıram. Klinikanı özəl olduğu üçün tənqid edirdiniz, lakin onun dövlət lisenziyası var. Düşünürsünüz ki, özəl klinikalarda müalicə olunan insanlar təhsilsizdir? Fikrimcə, studiyadan qovulmağımı efirdə göstərməyəcəklər, amma nümayiş etdirməklərini istəyirəm. Qordon bu addım ilə özünü alçaldıb. O, neqativ, aqressiya və tərbiyəsizlik saçır”, - deyə Zirəddin bildirib.
Geri qayıt