Əsas Səhifə > Azərbaycan > Azərbaycanda məhkumlara yeni nəzarət sistemi tətbiq edilir

Azərbaycanda məhkumlara yeni nəzarət sistemi tətbiq edilir


15-11-2017, 13:42.
title}
Azərbaycanda məhkumlara yeni nəzarət sistemi tətbiq edilir


Azərbaycanda cəza çəkən məhkumlara yeni nəzarət sistemi tətbiq edilir.

SİVİL.AZ
APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Azərbaycan prezidenti tərəfindən təqdim olunan layihə müzakirəyə çıxarılıb. Komitə sədri Əli Hüseynli bildirib ki, layihə ölkə başçısının cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamının icrası ilə bağlıdır, qanunvericiliyə edilən dəyişikliklərin davamıdır.

Yeni 15-1 maddəsinə (Probasiya nəzarəti) əsasən, bu nəzarət – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu maddədə göstərilən (göstəriləcək) digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir.
Geri qayıt