Əsas Səhifə > Azərbaycan > İnsan öləndən sonra nəyi hiss edir? -

İnsan öləndən sonra nəyi hiss edir? -


19-11-2017, 22:00.
title}
İnsan öləndən sonra nəyi hiss edir? -


İnsan ölümdən sonra öldüyünü dərk edir və ətrafında nə baş verdiyini hiss edir.

SİVİL.AZ
Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bunu Nyu-York Universiteti yanında Langone Tibb Məktəbinin (NYU Langone School of Medicine) mütəxəssisləri bildirib.

LiveScience internet nəşri tədqiqatın nəticələrini açıqlayıb.

Tədqiqatın rəhbəri Sem Parnianın bildirdiyinə görə, ölüm ürəyin dayanma anıdır. Həmin an qan beyinə getmir. Qanın beyinə getməməsi isə onun fəaliyyətinin dərhal dayanmasına səbəb olur. Yekun nəticədə beyin hüceyrələri ölməyə başlayır. Onların tam ölməsi üçün kliniki ölümdən sonra bir neçə saat tələb olunur.

Bildirilir ki, ürəyin döyüntüsü dayanandan sonra da insanın şüuru yerində olur. İnsanlar “ölümün birinci fazası”nda dərketmə qabiliyyətlərini qoruyub saxlayırlar. Bunu ürəyi dayanandan bir müddət sonra yenidən fəaliyyətini bərpa edən, kliniki ölümdən sonra həyata qayıdan insanların müşahidələri təsdiqləyib.

“Onlar danışırlar ki, həkimləri və tibb bacılarını görürdülər, onların nə danışdıqlarının hamısını eşidirdilər. Daha sonra nə baş verdiyini isə bilmirlər və xatırlamırlar” — deyə Parnia əlavə edib.

Tədqiqatçılar bildiriblər ki, sözügedən pasiyentlərin xatırladıqlarını kliniki ölüm anında onların yanında olmuş tibb işçiləri də təsdiqləyiblər. Baxmayaraq ki, onlar faktiki surətdə ölü olurlar, amma baş verənləri bütün detalları ilə xatırlayırlar.

Bu tədqiqatdan daha əvvəl isə uzun müddət komada qalandan sonra ayılan insanların nə hiss etdikləri də araşdırılıb. Qəribədir ki, komada olanlarla kliniki ölüm keçirənlərin müşahidələri arasında oxşar və fərqli cəhətlər müəyyən edilib.
Geri qayıt