Əsas Səhifə > Azərbaycan > Məleykə Əsədova Xalq artistini məhkəməyə verdi

Məleykə Əsədova Xalq artistini məhkəməyə verdi


20-11-2017, 11:10.
title}
Məleykə Əsədova Xalq artistini məhkəməyə verdi


Aktrisa Məleykə Əsədova Xalq artisti Ramiz Məliki məhkəməyə verib.

SİVİL.AZ
-ın Yenicag.az-a istinadla məlumatına görə, noyabrın 22-də tərəflər Nəsimi rayon məhkəməsində üz-üzə gələcəklər. Məleykə Əsədova onun şərəf və ləyaqətini təhqir etdiyi üçün Ramiz Məlikə 200 min manat təzminat davası açıb. Xəbəri Nəsimi rayon məhkəməsindən də təsdiqləyiblər.

Açıqlama verən Ramiz Məlik bu məlumatı inkar etməyib: "Bəli, xəbər doğrudur. Məleykə məni məhkəməyə verib. Ayın 22-də ilk qarşılaşmadı. Amma getməyəcəyəm. Çünki əlimdə ona qarşı olan faktlar var, həmin sənədləri toplayıram. Məleykə çox səhv addım atır. O, əsəbi halda dediyim sözlərə görə məni ittiham edir. Yaxşı bəs siz deyin, əgər Məleykə mənim evimə zəng edib, yoldaşımı, qızımı təhqir edirsə, məni "oğraş”, "biqeyrət” adlandırırsa, mən buna susmalıyam? Məleykə mənim yoldaşıma "Ramizin o iki qız nəvəsini oğurlatdırıb, başlarına oyun açdıracağam”, - deyirsə mən sakit durub baxmalıyam? Əlbəttə, bir kişi kimi bu sözlər məni özümdən çıxardı, mən də həmin ərəfədə kim zəng etdisə, hamıya bu barədə, sözsüz ki, əsəbi halda öz fikirlərimi dedim.

Sonradan bu barədə saytlarda xəbərlərin yayıldığını gördüm. Halbuki, bu söhbətin ictimailəşdirilməsini istəmirdim. Amma yenə də insanlığıma, ərliyimə rəğmən, açıqlama verərək bildirdim ki, aramızda anlaşılmazlıq baş verib. Məleykənin də qadınlığını nəzərə alaraq, üzrxahlıq etdim. Fikirləşdim ki, eybi yox, qoy böyüklük məndə qalsın. Amma Məleykə yenə ikiüzlülüyünü sübut etdi. Nəticədə məni məhkəməyə verərək, 200 min pul tələb edir. Guya mən bunun şərəf və ləyaqətini təhqir etmişəm. Halbuki, o birinci olaraq, mənim evimə zəng edib, ailəmi, özümü, qızımı və nəvələrimi küçə söyüşləri ilə təhqir edərək, hədələyib. Bunu qadın, Xalq artisti necə deyə bilər? Bu cür təhqirə hansı kişi dözər? Kim Məleykəyə ixtiyar verib ki, mənim ailəmi təhqir etsin? O elə bilirdi ki, ağzına gələni danışacaq, Ramiz də durub baxacaq? Mən Məleykəyə layiq olduğu cavabı vermişəm”.

Xatırladaq ki, Xalq artistləri arasında söz-söhbət hər şey Məleykə Əsədovanın sosial şəbəkədə şortikdə yayımladığı şəklindən sonra başlayıb. Şəkli görən Ramiz Məlik rəy bölümündə "Məleykə, sənin adın var, bu cür şəkilləri bura qoyma, səni qınayırlar. Özünün və teatrın imicini qoru”, - yazıb. Bunu özünə təhqir hesab edən Məleykə Əsədova Xalq artistinin evinə zəng edərək, qarşı tərəfi təhqir edib. Ramiz Məlik isə bu davranışı cavabsız qoymamışdı.
Geri qayıt