Əsas Səhifə > Azərbaycan > FIFA-nın prezidenti və baş katibi Azərbaycana gəlir
FIFA-nın prezidenti və baş katibi Azərbaycana gəlir20-11-2017, 11:55. |
FIFA prezidenti Canni İnfantino Azərbaycana səfər edəcək. SİVİL.AZ bildirir ki, AFFA-dan verilən məlumata görə, noyabrın 21-də Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək. Tədbirdə FIFA-nın prezidenti ilə yanaşı, FIFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcək. Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir. Geri qayıt |