Əsas Səhifə > Azərbaycan > Konte: ""Qarabağ”a qalib gəlmək asan olmayacaq”
Konte: ""Qarabağ”a qalib gəlmək asan olmayacaq”20-11-2017, 14:16. |
"Çelsi"nin baş məşqçisi Antonio Konte noyabrın 22-də "Qarabağ"la Bakıda keçiriləcək Çempionlar Liqasının qrup oyunu ilə bağlı növbəti açıqlama verib. SİVİL.AZ qol.az-a istinadən xəbər verir ki, London klubunun saytına danışan italiyalı mütəxəssis bir daha bəyan edib ki, bu görüş onlar üçün cari mövsümün ən vacib qarşılaşması olacaq: "Qarabağ"la matçda qazanılacaq qələbə bizə 1/8 finalda oynamaq imkanı verəcək. Bu, çox vacibdir. Amma qalib gəlmək asan olmayacaq. Çünki onlar "Atletiko" ilə iki matçda uduzmayıblar. "Roma" ilə görüşdə məğlub olsalar da, sonadək mübarizə apardılar. Ona görə də qələbə qazanmaq üçün oyuna yaxşı köklənməli, üzərimizdə işləməliyik". Antonio Konte bundan əvvəl ÇL-də "Roma"ya 0:3 hesablı məğlubiyyətə də toxunub: "Biz həmin matçda ilk hissədə 0:2 hesablı yenilgiyə layiq deyildik. Amma ikinci hissə bizim üçün pis oldu. "Çelsi" hesabı dəyişmək üçün heç nə edə bilmədi. Bununla belə, mən səmimi olacağam: futbolçularımız hər oyunda qalib gəlmək üçün əzm göstərirlər. Onlar bütün matçlarda sonadək mübarizə aparacaqlar. Bu mövsümün əvvəlində biz xeyli problemlə üzləşdik. İndi isə bunları həll etməyə çalışırıq. Eden Hazard, İngiltərədə ilk dəfə oynayan Morata kimi futbolçuları düz istiqamətə yönəltməliyik". Geri qayıt |