Əsas Səhifə > Azərbaycan > “Qarabağ”a dörddən çox qol vura bilərdik -
“Qarabağ”a dörddən çox qol vura bilərdik -23-11-2017, 10:30. |
"Biz hər şeyi səliqəli etdik. Oyunun əvvəllərində rəqibə az qala fərqlənmək imkanı verdik". SİVİL.AZ xəbər verir ki, bunu İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azar "Qarabağ"ı Bakıda 4:0 hesabı ilə yendikləri Çempionlar Liqasının qrup mərhələsinin V tur matçını dəyərləndirərkən deyib. Belçikalı yarımmüdafiəçi bildirib ki, Azərbaycan təmsilçisi həmin fürsəti dəyərləndirsəydi, hər şey başqa cür ola bilərdi. Lakin Azarın fikrincə, komandası dörddən çox qol vurmalı idi: "Bu cür yaxşı oyunçularla çıxış etmək asandır. Şənbə günü "Liverpul"la böyük oyunumuz var. Buna görə yaxşı istirahət etməliyik. Qarşıdakı oyuna isə hazır olacağıq". Qeyd edək ki, Eden Azar "Qarabağ"a 21-ci dəqiqədə penalti zərbəsi ilə qol vurub. (Oxu.Az) Geri qayıt |