Əsas Səhifə > Azərbaycan / Üst manşet > Deputatdan təklif:

Deputatdan təklif:


23-11-2017, 15:56.
title}
Deputatdan təklif:


Azərbaycanda uşaq pulu yenidən bərpa edilməlidir.

SİVİL.AZ
Publika.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı bildirib.

Millət vəkili bildirib ki, hamiləlik və doğuşa görə, uşağın doğumuna görə ayrılan vəsaitlərin də artırılmasına ehtiyac var.

“Bu sahəyə ayrılan vəsaiti doğulan uşaqların sayına böldükdə hər bir uşağa 45 manat vəsait düşür. Bu da çox kiçik rəqəmdir”.

Millət vəkili bir sıra beynəlxalq təşkilatların Azərbaycanda uşaqların inkişafı ilə bağlı hesabatlarından bəzi rəqəmləri səsləndirərək siyahıda geriləməyimizin həm də uşaqların normal qidalanamaması ilə əlaqədar olduğunu deyib: “Azərbaycanda uşaqların boy artımında gecikmə var. Boy artımında gecikmə təkcə fiziki inkişafın zəif olması deyil, həm də əqli inkişafa da təsir edir. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə, Azərbaycan alçaqboylu ölkə hesab edilir. 200 ölkə arasında qadınlara görə 113, kişilərə görə 115-ci yerdəyik. Azərbaycan Pediatriya İnstitutunun açıqladığı rəqəmlərə görə, uşaqların boy artımında 6 faiz gecikmə var. Həmin rəqəmlərə görə uşaqların 55 faizi ana südü ilə qidalanmır. Əlbəttə, bu da ümumi inkişafa təsir edən məqamlardandır. Avropada son illərdə insanların boyu 11 faiz artıb. Bizim boyumuz artmaq əvəzinə azalıb. Avropada orta boy 179 sm, bizdə 172 sm-dir. Bizdə balıq istehlakı Orta Avropadan 3 dəfə azdır”.

Q.Həsənquliyev onu da vurğulayıb ki, uşaqların inkişafı üçün uşaq pulunun bərpasına ehtiyac var: “Biz uşaq pulunu ləğv etdik. Lakin bu məsələyə yenidən baxmalıyıq. Uşaqların normal qidalanması üçün uşaq pulu verməliyik ki, valideynlərin əməkhaqqından asılı olmayaraq, onların normal qidalanması təmin edilsin”.

Millət vəkili əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ötən gün Milli Məclisdəki çıxışından təəssüf hissi keçirdiyini bildirib: “Səlim müəllim bildirdi ki, 2014-cü ildə prezidentin sərəncamına əsasən, şəhid ailələri və Qarabağ əlillərinin mənzillə təminatı üçün ildə 50-60 milyon manat nəzərdə tutulsa da, bu məbləğ tam təmin edilməyib. Prezidentin sərəncamına görə, bu qrup əhalinin mənzillə təminatı 2019-cü ildə həll edilməli idi. Lakin bu məbləğin nəzərdə tutulan miqdarda ayrılmaması o deməkdir ki, bu şəxslər hələ illərlə növbə gözləməlidirlər. Bu vəsaitin azaldılması əsaslandırılmalıdır. Əgər bunu əsaslandırmısınızsa, prezidentin tapşırığını yerinə yetirin”.
Geri qayıt