Əsas Səhifə > Azərbaycan > Bottas Əbu-Dabi Qran-Prisinin

Bottas Əbu-Dabi Qran-Prisinin


27-11-2017, 02:00.
title}
Bottas Əbu-Dabi Qran-Prisinin


“Mersedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas “Formula-1” Əbu-Dabi Qran-Prisinin qalibi olub.

SİVİL.AZ
bildirir ki, APA-nın xəbərinə görə, ümumi hesabın qalibi britaniyalı Lyuis Hemilton (“Mercedes”) ikinci, “Ferrari” komandasının almaniyalı pilotu Sebastyan Fettel isə üçüncü yerin sahibi olub.

Əbu-Dabidəki yarışla 2017-ci il "Formula-1" dünya çempionatına yekun vurulub.

Xatırladaq ki, Lyuis Hemilton “Formula-1” üzrə dördqat dünya çempionluğunu oktyabrın 30-da, Meksika Qran prisində rəsmiləşdirib. Ümumi hesabda ikinci yeri Fettel, üçüncü yeri Bottas tutub.
Geri qayıt