Əsas Səhifə > Azərbaycan / Üst manşet > "Azərpoçt"un rəhbəri işdən çıxıb
"Azərpoçt"un rəhbəri işdən çıxıb27-11-2017, 10:21. |
"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb. SİVİL.AZ xəbər verir ki, "Azərpoçt"dakı mənbə "APA-Economics"ə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb. "Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb. Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub. "Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə "APA-Economics"ə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur. Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur. Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub. Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur. Geri qayıt |