Əsas Səhifə > Azərbaycan / Üst manşet > Azərbaycanlı aparıcını metroda döymək istədilər:

Azərbaycanlı aparıcını metroda döymək istədilər:


27-11-2017, 10:54.
title}
Azərbaycanlı aparıcını metroda döymək istədilər:


ANS TV-nin keçmiş aparıcısı, Radio Antenn 101 FM, Avto Fm, Araz Fm radiolarında DJ-lik etmiş Cavid Osmanovun başına iş gəlib.

SİVİL.AZ
Qaynarinfo-ya istinadla xəbər verir ki, aparıcı bu haqda sosial mediada məlumat verib.

Cavidin başına gələn xoşagəlməz olayla bağlı açıqlamasını təqdim edirik:

"Neftçilər" metrosu. Səhər tezdən. İşə gecikirəm. Adətən, səhərlər özümə kofe bişirirəm, amma gecikəndə McDonald`s-dan özümə kofe alıb düşürəm metroya. Gecə pis yatmışdım, işıq gözlərimi qamaşdırırdı. Eynəyi gözlərimdən çıxarmamaq qərarına gəldim.

Qaçaraq yaxınlaşıram turniketə. Metro kartı boşdu (Mörfi qanunu). Qaçıram geriyə, balans doldurma apartına doğru. Orada xaotik şəkildə insanlar dayanıb. Mənim növbəm gəldi. Aparatın qabağında durmuşam. Kofe stəkanımı aparatın yuxarısına qoyuram, pul kisəsini çibimdən çıxarıram və... bu an, soldan bir nəfər mənim əlimi itələyir və öz kartını aparata yerləşdirməyə cəhd edir. Əlindən tutaraq mən:

- Üzr istəyirəm, burda növbə var və indi mənim növbəmdi.

- Əşşi, gecikirəm. Nəyə durmusan boş-boş, keç dəəə!!

- Bəy, belə olmaz axı, - çox yaxşı geyinmiş, əla ətirdən istifadə edən, ağ köynəkli və qara pencəkli şəxs çox yüksək və alçaldıcı tonda mənə söhbəti davam elədi.

- Çobanlıq eləmə!!! Sözün var? - bunu deyən naməlum, təqribən 40 yaşlı yoldaş əlimi möhkəm sıxdı!

Qəlbimdə yatan qazaxlı istəmədən oyandı. Mən:

- Siz və sizin kimi insanlara izah etmək istəyirəm ki, heç də hər şey sizin diktənizlə getmir.

Bizim söhbətimiz balaca uşaqların bir oyuncağa görə olan davaya bənzəyirdi. Naməlum şəxs mənimlə əl-qolla danışmağa davam etdikcə mən birdən rahatlaşdım. Başa düşdüm ki, mən onun səviyyəsinə enməkdə davam edirəm və o səviyyədə onun təcrübəsi məndən çoxdu. Niyə öz əsəblərimi korlayıram, niyə, ümumiyyətlə, bu hadisə mənimlə baş verir?! Ətrafımıza insanlar toplaşmağa davam edirdi. Mən polis çağırdım. Naməlum adam:

- Niyə polis çağırırsan?!

- Çünki sizə öz fikrimi izah etməyə çalışdım və alınmadı.

Polis bizi xüsusi otağa apardı. Otaqda məlum oldu ki, naməlum şəxsin adı Ruslandı. O polis əməkdaşı ilə də yüksək və özünə arxayın tonda danışmağa davam edirdi. Mənə nəsə demək istəyəndə mən, sadəcə, polisə Ruslanın mənimlə necə danışdığını göstərirdim və deyirdim ki, adam məni emosiyalara çıxarmaq istəyir.

Ruslan bir daha məndən soruşdu ki,niyə polis çağırmısan. "Çünki, sizin kimi insanlar özünü tamamilə cəzasız hiss etmələri, həyasızlığına salıb insanlarla kobud danışmaqları, onlara hər şeyin icazəli olduğunun sandıqları, heç kimə hörmət etməmələri və öz əsəblərimi qoruduğuma görə polisə müraciət etmişəm, dedim. Ruslan bunu eşitdi və otaqdan çıxmaq isdədi. Polis onu saxladı və məndən soruşdu ki, nə edək indi?

- Ruslan bəy məndən üzr istəsin, əlimi sıxsın və gedək işimizə-gücümüzə.

Ruslan məndən üzr istədi, lakin bildirdi ki, biz mütləq görüşəcəyik.

Nəticə:
əsəblərimi korlamayacam, təxribatlara getməyəcəm, yarana biləcək problemləri yalnız hüquqi şəkildə həl etməyə çalışacam. Hamıya uğurlu gün!"
Geri qayıt