Əsas Səhifə > Azərbaycan > Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının ilkin proqramı açıqlanıb

Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının ilkin proqramı açıqlanıb


27-11-2017, 11:23.
title}
Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının ilkin proqramı açıqlanıb


2019-cu ildə Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının ilkin proqramı açıqlanıb.

SİVİL.AZ
bildirir ki, apasport.az saytının məlumatına görə, paytaxtımızda baş tutacaq yarış 10 idman növü üzrə təşkil ediləcək.

Belə ki, Bakıda bədii gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis və voleybol növləri üzrə yarışların baş tutacağı dəqiqdi. 10-cu idman növü isə gələn ilin martında dəqiqləşəcək.

Yarışda ümumilikdə 4000-dən artıq atletin iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycanın Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı müqavilə noyabrın 25-də Xorvatiyanın paytaxtı Zaqrebdə imzalanıb.
Geri qayıt