Əsas Səhifə > Azərbaycan > "Vicdan haqqı"nın Larisası serialı tərk edib?
"Vicdan haqqı"nın Larisası serialı tərk edib?28-11-2017, 00:20. |
SİVİL.AZ bildirir ki, milli.az-a daxil olan məlumata görə, aktrisa Çimnaz Sultanova "Vicdan haqqı" serialından gedib. 1 ay öncə serialı öz istəyi ilə tərk edən aktrisa hal-hazırda aparıcılıq edir. Məşhur aktrisa hətta sosial şəbəkədə izləyicisinin ona "Larisa xanım, qorxuram başınız aparıcılığa qarışsın, sizi də sonra serialdan çıxarsınlar" sualını da cavabsız qoymayıb: "Narahat olmayın, Larisa xanımın rolu noyabrın 3-dən artıq bitib. Hər şeyin bir sonu var, "Vicdan haqqı" axı "Santa Barbara" serialı deyil ki, illərlə getsin", - deyə aktrisa cavab bildirib. Qeyd edək ki, aktrisa 3-cü mövsümdür ki, sözügedən serialda Larisa obrazını yaradırdı. Geri qayıt |