Əsas Səhifə > Azərbaycan > FHN “Polat Yol Yapı“ şirkətinin fəaliyyətini araşdıracaq? -
FHN “Polat Yol Yapı“ şirkətinin fəaliyyətini araşdıracaq? -30-11-2017, 12:27. |
Bir neçə gün öncə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzarəti altında tikilən Gəncə-Bəhrəmtəpə yolunun tikintisini həyata keçirən türk şirkəti "Polat Yol Yapı” şirkətinin Qarqar çayının yatağındakı çınqıl və qum yataqlarını qanunsuz olaraq istismar etməsi ilə bağlı ölkə mediasında xəbərlər yayıldı. Xəbərdə iddia olunurdu ki, Ağcabədi İcra Hakimiyyətini "ələ alaraq" Qarqar çayının yatağındakı çınqıl və qum yataqları "Polat Yol Yapı” şirkəti tərəfindən talanır. Qeyd edək ki, "Polat YOL Yapı" şirkəti uzun illərdən bəri Azərbaycanda çalışır. Zaman-zaman haqqında neqativ informasiyalar yazılsa da, nədənsə bu məlumatlar indiyədək araşdırılmırdı. Ancaq görünür daha aidiyyatı qurumların da "səbr kasası" daşıbdı. Belə ki, Qlobal.az-ın əldə etdiyi məlumata görə, şirkətin fəaliyyətinin araşdırılması üçün Fövqaladı Hallar Nazirliyi araşdırmaya başlayacaq. Nazirliyin rəhbərliyi tərəfindən Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə məsələ barədə artıq tapşırıq verildiyi deyilir. Xəbəri gec əldə etdiyimiz üçün əlaqədar qurumlarla dəqiqləşdirə bilmədik. (AzFakt) Geri qayıt |