Əsas Səhifə > Azərbaycan > AFFA iki futbolçunu futboldan
AFFA iki futbolçunu futboldan1-12-2017, 17:47. |
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİVİL.AZ-ın məlumatına görə, Apasport.az xəbər verir ki, toplantıda sərt qərar verilib. Belə ki, “Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdiriləcək. Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər. Geri qayıt |