Əsas Səhifə > Azərbaycan > Rəsmi Bakı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına münasibət bildirdi
Rəsmi Bakı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına münasibət bildirdi7-12-2017, 11:11. |
"Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır". SİVİL.AZ xəbər verir ki, bunu noyabrın 6-da ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı KİV-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O qeyd edib ki, "biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq". (oxu.az) Geri qayıt |