Əsas Səhifə > Azərbaycan > Neft Daşlarında qətl hadisəsi baş verib

Neft Daşlarında qətl hadisəsi baş verib


12-12-2017, 13:54.
title}
Neft Daşlarında qətl hadisəsi baş verib


Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

SİVİL.AZ
bildirir ki, SOCAR-dan APA-ya verilən məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib.

A. Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.
Geri qayıt