Əsas Səhifə > Azərbaycan > Bakı metrosunda kütləvi ixtisarlar
Bakı metrosunda kütləvi ixtisarlar13-12-2017, 10:34. |
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində işçilərin kütləvi ixtisarı ilə bağlı xəbərlər yayılıb. SİVİL.AZ oxu.az-a istinadla xəbər verir ki, yayılan məlumatlarda maliyyə çatışmazlığı səbəbindən 500-ə yaxın əməkdaşın ixtisar olunduğu qeyd edilir. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, təxminən 230 nəfərin ixtisarı gözlənilir: “Heç bir insan işini itirmək istəmir. Deyirik ki, qardaş, razılaşma əsasında gedirsən, sabah iş açılanda da qayıdarsan. Hansı sahədə ki, iş həcmi azalır, o sahəyə aid mütəxəssislər çıxarılır. Məsələn, iki qazmaçı varsa, biri çıxarılır, biri isə qalır”. Paşayev bildirib ki, məsələnin subsidiyalara heç bir aidiyyəti yoxdur. Çünki subsidiya tikintiyə ayrılmır: “Subsidiya metronun istismarına ayrılır. Tikinti isə əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. Bunlar ayrı-ayrı şeylərdir. Ona görə də qiymət artımının qarşısını almaq və digər məsələlərdən söhbət getmir”. Paşayev bildirib: “İşçilərə təklif olunur ki, onlara orta aylıq əmək haqqının 2 misli qədər kompensasiya ödənilsin və qarşılıqlı razılaşma əsasında işdən azad edilsinlər, özlərinə iş tapana qədər əllərində pul olsun. Gələcəkdə iş həcmi artarsa, yeni stansiyaların inşasına başlanarsa, yenə həmin adamlar işlə təmin ediləcək. Artıq 50 nəfər buna razı olub və kompensasiyasını alaraq gedir. Bununla belə, təkliflə razılaşmayanlar da var ki, onların da sayı təxminən 10 nəfərdir. Bu adamlar təklifi qəbul etmək istəmir və qanunvericiliyə uyğun olaraq ştatda qala bilərlər. Əgər iş yoxdursa, təbii ki, maaş da olmayacaq. Maliyyə vəsaiti azalanda metro tikintisində iştirak edən işçilərə bu təklif edilir. Şəhid ailələrinə, məcburi köçkünlərə xüsusi yanaşılır. Həmçinin əgər bir ailədən iki nəfər varsa, bunlardan biri işdə saxlanılır”. Geri qayıt |