Əsas Səhifə > Azərbaycan > Məhkəmə Fədayə Laçınla bağlı qərar verdi
Məhkəmə Fədayə Laçınla bağlı qərar verdi13-12-2017, 12:49. |
Nəsimi Rayon Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb. SİVİL.AZ APA-ya istinadən xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclas Fədayə Laçının iştirakı ilə baş tutub. İclasda qərar qəbul edilib. Qərara görə, vəsatət təmin edilməyib. Geri qayıt |