Əsas Səhifə > Azərbaycan > Baş nazirin köməkçilərinin sayı azaldılıb
Baş nazirin köməkçilərinin sayı azaldılıb13-12-2017, 17:56. |
Baş nazir Artur Rasizadənin köməkçilərinin sayı azaldılıb. SİVİL.AZ bildirir ki, APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb. Baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilib. Baş nazirin birinci müavininin köməkçilərinin sayı isə artırılaraq 2 nəfərə çatdırılıb. İndiyə qədər baş nazirin birinci müavininin 1 köməkçisi olub. Geri qayıt |