Əsas Səhifə > Azərbaycan > Damla bu məşhurla evliliyə razılıq verdi -
Damla bu məşhurla evliliyə razılıq verdi -13-12-2017, 18:01. |
Bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı olan Damla və onun duet ortağı Elnar Xəlilov maraqlı etirafları ilə yadda qalıblar. SİVİL.AZ xəbər verir ki, aparıcı Elgiz Elnara "Niyə ayrılmısan?" sualı ilə müraciət edib. Müğənni aparıcıya "Mən indi ayrılmamışam ki. Bu, 5 il əvvəl baş verib. Oğlum anasındadır" cavabını verib. Mövzuya Damla müdaxilə edib: "Elnarın gözygöz bir oğlu var ki, jurnallarda xüsusi seçmə uşaqlar olur ha, bax elə. Oğlun səndən gözəldir (gülür)". Elgiz Elnardan ikinci dəfə evlənmək istəyib-istəmədiyi barədə soruşub. Müğənni: "Hazırlaşmıran. Əslində, namizəd yoxdur. Olsa, niyə də yox" deyib. Elgiz, sanki, Elnardan bu cavabı gözləyirmiş kimi: "Bu (Damlanı işarə edib) yanında. Duet də oxuyursunuz" sözləri ilə müğənniyə həmkarı ilə evlənməyi təklif edib. Elnar "3-cü duet gəlsə, görürəm ki, ona doğru gedirik" deyərək, aparıcının təklifini razılıqla qarşılayıb. Elnarla Elgiz arasındakı dialoqu dinləyən Damla "Əlbəttə ki, niyə də yox?!" cavabı ilə Elnar evlilik təklifi edərsə, hə deyəcəyinə işarə edib. Qeyd edək ki, cütüyün birinci evlilikləri ayrılıqla nəticələnib. (Milli.Az) Geri qayıt |