Əsas Səhifə > Azərbaycan / Üst manşet > “Qoca” ilə birgə qaçan məhbusla bağlı
“Qoca” ilə birgə qaçan məhbusla bağlı14-12-2017, 11:56. |
Nəsimi Rayon Məhkəməsində Bakıda qatardan qaçan məhbus Əli Ağaminin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. SİVİL.AZ Report-a istinadla xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Ə. Ağaminin həbs müddəti daha iki ay artırılıb. Qeyd edək ki, qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağaminin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Dövlət ittihamçısı onun 19 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi. Hazırda Ə. Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir. Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası Ə.Ağami və digərlərinə hökm oxuyub. Məhkəmənin hökmü ilə Ə.Ağami 19 il, Məhəmməd Heydərov ("Maqa Hacıqabullu"), Tahir Məlikov ("Marojna") və Əfsər İbrahomovun hər biri isə 18 il müddətinə azadlıqdan məhrum edilib. Geri qayıt |