Əsas Səhifə > Azərbaycan / Üst manşet > Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilmədi

Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilmədi


15-12-2017, 17:30.
title}
Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilmədi


Bu gün Bakı Apellyasiya Məhkəməsində bloqer Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

SİVİL.AZ
Report-a istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

M. Hüseynovun apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Daha sonra M.Hüseynov kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda kassasiya şikayəti qismən təmin olunub. M.Hüseynovun barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.
Geri qayıt