Əsas Səhifə > Azərbaycan > Nigar-Röya davasının pərdəarxası -
Nigar-Röya davasının pərdəarxası -18-12-2017, 12:50. |
Türkiyənin tanınmış “Altın Kelebek” mükafat gecəsindən sonra Azərbaycanın iki məşhur ulduzu, eyni zamanda, yaxın rəfiqələr Röya Ayxanla Nigar Camal arasında yaranan gərginlik gündəmi zəbt edib. Günlərdir Röyanın Nigarla bağlı səsləndirdiyi fikirlər müzakirə olunur. Bəs necə olub ki, iki yaxın rəfiqənin arası birdən-birə dəyib və bütün münasibətlərə birdəfəlik son qoyulub. SİVİL.AZ-ın Qafqazinfo-ya istinadla məlumatına görə, hadisələrə səbəb təşkilatçıların əvvəlcə Nigar Camalın mükafat alacağı barədə vəd verməsidir. Nigar isə qalib kimi mərasimə hazırlığa başlayıb. İfaçı özəl geyim seçib, saç-makiyajını “Kelebek”ə uyğun tərzdə hazırlatmaq istəyib. Müğənni hətta Türkiyəyə anası ilə birgə gedib. Nigar düşünüb ki, mükafat təqdim olunan zaman anasını səhnəyə dəvət edəcək, ona canlı yayımda hər şeyə görə təşəkkürünü bildirəcək. Elə Röya Ayxan da “Xəzər maqazin”ə açıqlamasında öncədən Nigarın mükafat alacağını bildiyini deyib. O, heç yarışmaya getmək istəmədiyini əlavə edib. Müğənni elə bu səbəbdən gecəyə özəl hazırlaşmayıb, saç-makiyajına diqqət etməyib. Təşkilatçılara inanan Nigarın mükafat günü xəyalları puç olub. O, hətta öncədən qalib elan edilən Röyaya salam verməyib, qırmızı xalçaya belə onunla çıxmaq istəməyib. Müğənni isə bu ittihamları qəbul etməyib, "Instagram"da əvvəlcədən mükafatın Röyaya veriləcəyi barədə məlumatının olduğunu qeyd edib. Röya isə bütün açıqlamalarında qırmızı xalçada rəfiqəsinin aqressiyasını başa düşmədiyini vurğulayıb. Nigarın hətta yüksək səslə “Bunun nə işi var? Onu niyə çağırmısınız? Əgər Röya gələcəkdisə, anamı niyə bura gətirmişəm?”, - dediyi iddia edilir. Röya da Nigardan geri qalmayaraq beynində səhnəyə çıxacağı təqdirdə kiçik bir plan qurub. Əməkdar artist səhnəyə çağırılan zaman Nigar Camalla əl-ələ çıxmağı düşünüb. Müğənni Nigara əl uzatsa da, həmkarı əlini geri çevirib. Nigar gecəni yarımçıq tərk edib. Geri qayıt |