Əsas Səhifə > Azərbaycan > AXCP fəalı sərbəst buraxılıb

AXCP fəalı sərbəst buraxılıb


17-08-2019, 19:05.
title}
AXCP fəalı sərbəst buraxılıb


Avqustun 17-də evdən polisə aparılmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının Hacıqabul Şöbəsinin üzvü Rəşad Dadaşov sərbəst buraxıldı.

CİVİL AZERBAİJAN-ın məlumatına görə Dadaşovun özü bildirib ki, evdən Hacıqabul polis şöbəsinin 3 əməkdaşı tərəfindən aparılıb və şöbədə 1 saat yarıma yaxın saxlanılıb.

Fəalın sözlərinə görə, ona yaxın günlərdə keçirilməyə planlaşdırılan partiyanın iclası ilə bağlı xəbərdarlıq edilib: "Üstü-örtülü dedilər ki, iclasa imkan verilməyəcək və cəhd olsa dərhal dağıdılacaq".

Dadaşov əlavə etdi ki, hadisə ilə bağlı məhkəməyə müraciət etmək fikri yoxdur. (Azadlıq Radiosu)
Geri qayıt