Əsas Səhifə > Azərbaycan > Jurnalist Seymur Həzi azadlıqda

Jurnalist Seymur Həzi azadlıqda


29-08-2019, 14:00.
title}
Jurnalist Seymur Həzi azadlıqda


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, "Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi azad edilib.

CİVİLAZERBAİJAN.COM bildirir ki, Seymur Həzi həbs müddətinin başa çatması ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

AXCP Rəyasət Heyətinin üzvü olan Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib.

O, Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.
Geri qayıt