Əsas Səhifə > Azərbaycan > AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Bakıdadır
AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Bakıdadır5-09-2019, 13:09. |
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, İslandiyadan olan millət vəkili Sunna Thorhildur Evarsdottir Bakıya gəlib. CİVİL AZERBAİJAN bildirir ki, onun səfəri 5-7 sentyabr tarixlərini əhatə edəcək. O, məruzə hazırlanması və AŞPA sessiyasına təqdim edilməsi üçün faktların müəyyən edilməsi missiyasına rəhbərlik edir. Avropa Şurasının mətbuat xidmətindən verilən məlumata görə, onun Azərbaycanın parlament üzvləri, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Baş Prokurorluq və Prezident Administrasiyasının nümayəndələri, habelə vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşləri planlaşdırılıb. Məlumata görə, həmçinin, məruzəçi bir sıra siyasi məhbuslarla görüş istəyib. Məruzəçinin səfəri iyunun əvvəllərinə planlaşdırılırdı, amma Azərbaycan tərəfin xahişi ilə təxirə salınmışdı. Geri qayıt |