Əsas Səhifə > Azərbaycan > Sankt-Peterburqda terror aktı nəticəsində ölən azərbaycanlı qız əslən Borçalıdandır
Sankt-Peterburqda terror aktı nəticəsində ölən azərbaycanlı qız əslən Borçalıdandır5-04-2017, 00:41. |
Sankt-Peterburq metropolitenində törədilən partlayış nəticəsində ölən 20 yaşlı azərbaycanlı qız əslən Borçalının Faxralı kəndindəndir. SİVİL.AZ xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, Dilbər Səməndər qızı Əliyeva Rusiya vətəndaşı olsa da, əslən Bolnisinin Faxralı kəndindəndir. Onun ata-anası bir müddət Bakıda yaşadıqdan sonra Sankt-Peterburq şəhərinə köçüblər. Bu barədə Faxralı kənd icra nümayəndəsi Novruz Abbasov APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, D. Əliyeva Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub: “Atası 5 il bundan əvvəl Faxralıya gəlmişdi. Onların Sankt-Peterburqda evləri var. Onlar Rusiyadakı evlərini satıb Bakıya köçməyi planlaşdırırdılar”. N. Abbasov D. Əliyevanın nəşinin sabah Bakıya gətiriləcəyini və Bakıda torpağa tapşırılacağını bildirib: “Ailənin Bakıda qohumları çoxdur. Məhz buna görə də qərara alıblar ki, Bakıda torpağa tapşırsınlar”. Qeyd edək ki, metroda partlayış zamanı yaralanan Dilbər Əliyevanı təcili olaraq Mariinsk xəstəxanasına aparılıb, lakin onu xilas etmək mümkün olmayıb. Geri qayıt |