Əsas Səhifə > Azərbaycan > Deputatlar öz pensiyalarını artırmaq istəyirlər

Deputatlar öz pensiyalarını artırmaq istəyirlər


20-09-2019, 12:40.
title}
Deputatlar öz pensiyalarını artırmaq istəyirlər


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sentyabrın 18-də keçirilən iclasında komitənin sədri Hadı Rəcəbli bildirib ki, deputatların əməkhaqqında olan artım pensiyada olanların da pensiyasında artıma səbəb olacaq: “Deputatların əməkhaqqı artdı, amma pensiyada o artım olmadı. Bu məsələ həll ediləcək”.

CİVİLAZERBAİJAN.COM bildirir ki, qanunvericiliyə əsasən, pensiya yaşına çatmış sabiq deputat Milli Məclisin fəaliyyətdə olan deputatının orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və onun orta aylıq əmək haqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir.

Ötən ilin may ayında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliyə əsasən, MM-in sədri 2475 manat, sədrin I müavini 2227 manat, Milli Məclis sədrinin müavini 2103, Milli Məclisin komitə sədri 1980 manat, komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat maaş alır.

Həmçinin parlamentarilər deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar. Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.

Bundan başqa, Milli Məclisin sədrinə onun birinci müavininə və müavinlərinə, Milli Məclisin komitə sədrlərinə və deputatlara deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da verilir. Qanunvericiliyə əsasən, deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün 2 aylıq vəzifə maaşı məbləğində müavinət alır. 2019-cu ildən parlanent üzvlərinin xarici və daxili səfər xərcləri ilə bağlı onlara ödənilən məbləğlər də artırılıb.

Azərbaycanda minimum əməkhaqqı sentyabrın 1-dən 250 manata qaldırılıb. Bu vaxta qədər isə 180 manat olub.
Geri qayıt