Əsas Səhifə > Azərbaycan > Fəalın həbs müddəti bitib, amma azadlığa buraxılmır

Fəalın həbs müddəti bitib, amma azadlığa buraxılmır


22-09-2019, 13:23.
title}
Fəalın həbs müddəti bitib, amma azadlığa buraxılmır


Sentyabrın 2-də 15 gün müddətinə həbs edilmiş ictimai fəal Rafael Hüseynzadənin inzibati həbs müddəti sentyabrın 17-də başa çatıb. Həbs müddətinin başa çatmasından 4 gün keçməsinə baxmayaraq, onu həbsdən buraxmırlar.

CİVİLAZERBAİJAN.COM bildirir ki, bu barədə vəkil Cavad Cavadov məlumat yayıb. Vəklin sözlərinə görə, sentyabrın 20-də Sumqayıt Apellyasiya Məhkəməsi Elman Əhmədovun sədrliyi ilə Hüseynzadənin qanunsuz həbsindən verdiyi şikayətə baxıb.

Məhkəməyə sədrlik edən hakim Hüseynzadənin artıq cəzasını çəkdiyi və azadlıqda olduğu barədə qərar verib (!). Məhkəmənin bu qərarı məhkəmə sisteminin saytında yerləşdirilib.

Fəalın atası Füzuli Hüseynzadə bildirib ki, sentyabrın 3-də Abşeron rayon məhkəməsində ona bildiriblər ki, oğlu 30 gün müddətinə həbs edilib, baxmayaraq ki, prosesdə hakim onun 15 günlük həbs edildiyini elan edib.

Məhkəmə orqanlarından bu iş haqqında şərh almaq cəhdləri nəticə verməyib.

Xatırladaq ki, Rafael Hüseynzadə polisin özbaşınalığından şikayət etdikdən və avqustun sonlarında Bakının mərkəzində təkbaşına piket keçirdikdən sonra saxlanılıb. Buna cavab olaraq polis onu xuliqanlıqda ittiham edib.

Bundan əvvəl – yanvar və mart aylarında Rafael siyasi məhbuslara azadlıq tələbi ilə iki dəfə təkbaşına piket keçirib və iki dəfə inzibati qaydada həbs edilib.

Siyasi məhbusların müdafiəsi üçün təkbaşına piketlər keçirən atası Füzuli Hüseynov da iki dəfə inzibati qaydada həbs edilib.
Geri qayıt