Əsas Səhifə > Azərbaycan > Məmmədyarov Moqerini ilə görüşüb

Məmmədyarov Moqerini ilə görüşüb


25-09-2019, 11:54.
title}
Məmmədyarov Moqerini ilə görüşüb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 24-də Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.

CİVİLAZERBAİJAN.COM bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub.

Görüşdə Azərbaycan ilə AB arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb.

Verilən məlumata görə, söhbətdə Azərbaycan qazını Avropaya nəql edəcək Cənubi Qaz Dəhlizi layihəsi də nəzərdən keçirilib.

Habelə, tərəflər Azərbaycanla AB-nin münasibətlərinin hüquqi əsasını təşkil edəcək yeni tərəfdaşlıq sazişi və davam edən danışıqlar üzrə fikirlərini bölüşdülər.

Görüş əsnasında həmçinin, regional və beynəlxalq gündəlikdə duran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Geri qayıt