Əsas Səhifə > Azərbaycan > “İqtisadi sahədə suallar var” -

“İqtisadi sahədə suallar var” -


1-10-2019, 00:00.
title}
“İqtisadi sahədə suallar var” -


Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanması gözlənən sazişlə bağlı "iqtisadi sahədə müəyyən suallar var və onu hələ də aydınlaşdırmaq lazımdır".

CİVİLAZERBAİJAN.COM
bildirir ki, bunu bazar ertəsi keçirdiyi mətbuat konfransında deyən Almaniyanın Azərbaycandakı səfiri Wolfgang Manig əlavə edib ki, o, sazişin detallarını bilmir:

"Sazişin gedişatı, danışıqlarla bağlı məndə detallı məlumat yoxdur. Əsas məlumat odur ki, sazişin əsas maddələri hazırdır. Ancaq iqtisadi sahədə müəyyən suallar var və onu hələ də aydınlaşdırmaq lazımdır. Bundan öncə mən Vyetnamda çalışarkən, o ölkə ilə də belə bir saziş üzərində çalışırdıq. Bu prosedur da çox mürəkkəb idi, çünki bir çox ölkənin maraqları nəzərə alınmalı idi".

Səfir deyib ki, bu məsələdə sual kimin hansı maraqlarının olmasındadır.

"Biz Böyük Britaniyanı da saysaq Avropa İttifaqının 510 milyon əhalisi var, Azərbaycanın isə 10 milyon. Doğrudur, Azəraycanın nefti var ancaq neftin qiyməti də daimi deyil. Yəni, həmişə hansı tərəfin hansı maraqlarının olmasına baxmalıyıq".

Daha sonra səfir deyib ki, Azərbaycan bu məsələdə "müəyyən cəhdlər göstərməlidir".

"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması və ya turizm sahəsində müəyyən məsələlərin həllinə imkan yaratması, məsələn, turist vizalarının verilməsinin asanlaşdırılmasını və ya ləğvini həyata keçirməsi sazişin imzalanmasına kömək edə bilərdi".

Cənab Manig bildirib ki, "Azərbaycan Almaniya üçün artıq dağların arxasında yerləşən ölkə deyil".

Onun sözlərinə görə, Almaniya gələn il Avropa İttifaqına rəhbərlik edəcək:

"Biz növbəti illərdə sədr rolundan istifadə edərək istərdik ki, Azərbaycan həmin illərdə Avropa İttifaqına daha da yaxın olsun və yaxından əməkdaşlıq etsin".

Azərbaycandan getmiş Almaniya siyasi fondlarının geri qayıtma ehtimalına münasibət bildirən səfir Azərbaycan qanunlarının imkan verəcəyi təqdirdə bu fondların geri qayıtması ehtimalının da mümkünlüyünü dilə gətirib.

"Hələlik Azərbaycan qanunları buna imkan vermir", - Wolfgang Manig deyib.
Geri qayıt