Əsas Səhifə > Azərbaycan > Sergey Lavrov: "Qarabağda hərbi əməliyyatların keçirilmə təhlükəsi yoxdur"
Sergey Lavrov: "Qarabağda hərbi əməliyyatların keçirilmə təhlükəsi yoxdur"2-10-2019, 21:04. |
Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası riskini görmür. CİVİLAZERBAİJAN.COM xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Valday forumu"nda bildirib. "Mən burada irimiqyaslı hərbi əməliyyatın yenidən başlaması ilə bağlı hansısa açıq-aşkar və ümumiyyətlə, təhlükə görmürəm", - S.Lavrov deyib. Onun sözlərinə görə, Rusiya tərəfi bunun baş verməməsi üçün hər şeyi edəcək. "Son vaxtlar təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır və onlar elə də böyük deyil", - rusiyalı nazir söyləyib. Geri qayıt |