Əsas Səhifə > Azərbaycan > Daha bir deputatın Avropada biznesi olduğu deyilir -
Daha bir deputatın Avropada biznesi olduğu deyilir -15-10-2019, 08:35. |
Deputat Ülvi Quliyevin oğlunun Avropada biznesi olması barədə məlumat yayılıb. CİVİLAZERBAİJAN.COM Qlobal.az-a istinadla bildirir ki, məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk sosial şəbəkəsində yayıb. Jurnalistin yaydığı məlumata görə deputatın oğlu 18 yaşından Avropada şirkət sahibidir. Maraqlıdır ki, Ülvu Quliyevin oğlunun Paris şəhərinin mərkəzində çəkilən fotosunu paylaşan jurnalist hələ ki, araşdırmasının tam detalllarını açıqlamayıb. Xatırladaq ki, jurnalist əvvəlki paylaşımında Bayıl qəsəbəsində yeni tikilən, bir kvadrat metri 2500 manata satılan binanın Milli Məclisin deputatlarından birinə məxsus olduğunu yazıb. Sosial şəbəkələrdə yayılan iddilara görə bu bina da deputat Ülvi Quliyevə məxsusdur. Xatırladaq ki, Ülvi Quliyev 2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən, 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən, 2015-cu ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən deputat seçilib və Gənclər və idman komitəsinin sədr müavini vəzifəsində çalışıb. 2018-ci ildən Gənclər və idman komitəsinin sədridir. Geri qayıt |