Əsas Səhifə > Azərbaycan > Azərbaycana qayıtmaq istəməyən mühacirdən
Azərbaycana qayıtmaq istəməyən mühacirdən18-10-2019, 12:04. |
Almaniyada sığınacaq istəyi rədd edilən və Azərbayana deportasiya ediləcək daha bir həmvətənimiz özünə xəsarət yetirib. CİVİLAZERBAİJAN.COM bildirir ki, hadisə oktyabrın 14-də Almaniyanın İserlohn şəhərində qeydə alınıb. Azərbaycana qayıtmaq istəməyən 53 yaşlı kişi özünə kəsici alətlə xəsarət yetirib. Sığınacaq üçün müraciət ərizəsinə imtina cavabı verildiyinə görə, deportasiyası planlaşdırılan 53 yaşlı azərbaycanlının yaşadığı mənzilə deportasiyanı icra etmək istəyən məmurlar gəliblər. Lakin o, qapını açmayıb və içəri daxil olduqları təqdirdə, özünü bıçaqla öldürəcəyini bildirib. Merkişer rayon polisinin verdiyi məlumata görə, bundan sonra hadisə yerinə xüsusi təyinatlı polis çağrılıb və onlar mənzilə daxil olmağa müvəffəq olublar. Lakin polislər onun əlindən bıçağı alanadək o, artıq özünə bir neçə dəfə xəsarət yetirib. Bundan sonra azərbaycanlı xəstəxanaya çatdırılıb. Geri qayıt |