Əsas Səhifə > Azərbaycan > Müsavat Partiyası mitinq keçirəcək -

Müsavat Partiyası mitinq keçirəcək -


19-10-2019, 18:49.
title}
Müsavat Partiyası mitinq keçirəcək -


Müsavat Partiyasının Məclisi noyabrın 10-da mitinq keçirmək barədə qərar qəbul edib. Mitinq “Siyasi məhbuslara azadlıq!”, “Repressiyalara son!” və digər tələblərlə keçiriləcək.

CİVİLAZERBAİJAN.COM-un məlumatına görə, Müsavat Partiyasının mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, partiyanın divanı (idarə heyəri-red) yaxın günlərdə mitinqin harada keçiriləcəyini müəyyən edəcək və Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediləcək.

Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra Bakı meriyası müxalifət partiyalarına mitinq keçirmək üçün razılıq verməyib. Yalnız Milli Şuranın son iki müraciətinə mərkəzdən 20 kilometr uzaqda yerləşən Qaradağ rayonunun Lökbatan qəsəbəsində mitinq keçirməyi məsləhət bilib. Meriyanın bu təklifi Milli Şura tərəfindən qəbul edilməyib.
Geri qayıt