Əsas Səhifə > Azərbaycan > Nigar Həzi: “Tofiq Yaqublu ağır işgəncə görüb, qabırğası sındırılıb”
Nigar Həzi: “Tofiq Yaqublu ağır işgəncə görüb, qabırğası sındırılıb”21-10-2019, 13:25. |
30 sutka inzibati cəza alan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işgəncəyə məruz qaldığı bildirilir. CİVİLAZERBAİJAN.COM bildirir ki, məlumatı Tofiq Yaqublunun qızı Nigar Həzi yayıb. Onun sözlərinə görə, atası oktyabrın 21-də zəng edərək işgəncəyə məruz qaldığını bildirib: “Ona şiddətli işgəncələrin verildiyini dedi, qabırğası sınıb. Atam təcili həkim müayinəsi tələb edir. Əgər Tofiq Yaqubluya bir şey olsa, bütün məsuliyyət İlham Əliyevin üzərindədir”. Nigar Həzi bu gün atası ilə görüşə gedəcəyini qeyd edib: “Vəkili ilə görüşüb müqavilə imzalayacam. Sonra vəkili görüşə gedəcək”. Tofiq Yaqublu oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurasının “28 may” metrostansiyasının önündə təyin etdiyi mitinq zamanı həbs olunub. O, 30 sutka inzibati cəza alıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən hələlik münasibət almaq mümkün olmayıb. Geri qayıt |