Əsas Səhifə > Azərbaycan > Ramiz Mehdiyev Administrasiyanın rəhbəri vəzifəsindən çıxarıldı

Ramiz Mehdiyev Administrasiyanın rəhbəri vəzifəsindən çıxarıldı


23-10-2019, 20:29.
title}
Ramiz Mehdiyev Administrasiyanın rəhbəri vəzifəsindən çıxarıldı


Prezident Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, Prezidentin digər sərəncamı ilə Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə "Heydər Əliyev” ordeni ilə təltif edilib.

O, Prezidentin başqa bir fərmanı ilə fərdi qaydada Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasına üzv təyin olunub.

Bu gün, oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.

Ümumi yığıncaqda AMEA prezidenti vəzifəsinə seçki keçirilib.

AMEA prezidenti, akademik Akif Əlizadənin səhhəti ilə bağlı istefa ərizəsi yazdığı bildirilib.

A. Əlizadənin özü AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

Səsvermə ilə akademik R.Mehdiyev növbəti müddətə AMEA-nın prezidenti seçilib.

Oktyabrın 23-də dövlət başçısı İlham Əliyev də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş R. Mehdiyevi bu vəzifəyə təsdiq edib.

85-yaşlı A. Əlizadə 2013-cü ildən AMEA-nın prezidenti idi. Onun xələfi R. Mehdiyevin isə 81 yaşı var.
Geri qayıt