Əsas Səhifə > Azərbaycan > ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib
ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib25-10-2019, 17:54. |
Etirazçılar plakatlar qaldıraraq polislərin vətəndaşlara şiddət göstərməsinə etirazlarını bildiriblər. CİVİLAZERBAİJAN.COM bildirir ki, oktyabrın 25-də bir qrup qadın Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi qarşısındaetiraz aksiyası keçirməyə cəhd göstərib. Etirazçılar plakatlar qaldıraraq polislərin vətəndaşlara şiddət göstərməsinə etirazlarını bildiriblər. Həmçinin, oktyabrın 19-da Bakıda keçirilmiş mitinq zamanı həbs olunanların azadlığa buraxılmasını, dövlət orqanlarında vətəndaşların şikayətlərinə baxılmamasına son qoyulmasını tələb ediblər. Polislər aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb. Bu zaman onlardan birinə müraciətlərini çatdırmaq üçün ABŞ səfirliyinin binasına yaxınlaşmağa icazə verilib. "Biz diplomatlardan xahiş etdik ki, polisin qadınlara və siyasi məhbuslara qarşı zorakılığına son qoymaqda, ifadə azadlığı və sərbəst toplaşmaq hüququnu bərpa etməkdə bizə yardım etsinlər. Onlar da məni diqqətlə dinlədilər və görüşdə bu məsələlərin qaldıralacağını dedilər", - səfirliyə müraciəti çatdıran etirazçı bildirib. Təxminən yarım saat davam edən aksiya zamanı saxlanılan olmayıb. Geri qayıt |