Əsas Səhifə > Azərbaycan > Apellyasiya Məhkəməsindən Tofiq Yaqublu ilə bağlı

Apellyasiya Məhkəməsindən Tofiq Yaqublu ilə bağlı


2-11-2019, 14:44.
title}
Apellyasiya Məhkəməsindən Tofiq Yaqublu ilə bağlı


Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu deyir ki, polislər əllərini qandallayıb, təxminən bir saat ona işgəncə veriblər.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, bu barədə o, noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində danışıb.

T.Yaqublu qeyd edib ki, oktyabrın 19-da onu heç mitinq təyin olunan əraziyə çatmamış - Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində tutublar:

"Bunu sübut edən video var, bütün el-aləm görüb. Amma 2 nəfər polis gəlib məhkəmədə yalan danışdı ki, guya Cəfər Cabbarlı heykəlinin yanında saxlayıblar".

T.Yaqublunun sözlərinə görə, onu tutub Nəsimi Rayon Polis İdarəsinə aparıblar, öncə bir otaqda saxlayıblar:

"Sonra gəlib əllərimi qandalladılar, bir mərtəbə aşağı düşürtdülər. Bir otağa salıb təxminən bir saat döydülər. Mən bu amansız işgəncələr barədə Nəsmi Rayon Məhkəməsində də danışdım. Amma hakim Babək Həsənov bu barədə protokollarda da, qeydlərdə də heç nə göstərməyib".

“… Mütləq cəzalanmalıdır".

Heç bir qanun pozuntusuna yol vermədiyini vurğulayan T.Yaqublu işgəncələrlə əlaqədar prokurorluğa şikayət etdiyini, amma ədalətli qərar gözləmədiyini söyləyib:

"Dövlət insanların hüquqlarını qorumaq üçündür. Mənə münasibətdə cinayət törədiblər. O orqanda ki mənim hüquqlarım qorunmalıdır, mənə amansız işgəncə verilib. Bu cinayəti törədənlər mütləq cəzalanmalıdır".

T.Yaqublunun vəkili Nemət Kərimli isə çıxışında insanların sərbəst toplaşma azadlığına diqqət çəkib. Bildirib ki, bu azadlıq Azərbaycanın Konstitusiyasında da əksini tapıb:

"Avropa İnsan Hüquqları Məhkəməsi də qərarlarında yazır ki, bu azadlığın məhdudlaşdırılması üçün çox ciddi əsaslar olmalıdır. Ümumi sözlərlə onu məhdudlaşdırmaq olmaz. Üstəlik, Tofiq Yaqublunu mitinq yerinə çatmamış saxlayıblar".

Vəkil T.Yaqublunun üzərindəki xəsarətlərlə əlaqədar ekspertizadan keçirilməsi barədə də vəsatət qaldırıb.

Hakim Əflatun Qasımov nə vəsatəti, nə də apellyasiya şikayətini təmin edib.

Tofiq Yaqublunun qızı Nigar Həzi AzadlıqRadiosuna bildirib ki, atasının həbsilə əlaqədar Avropa İnsann hüquqları Məhkəməsinə şikayət göndəriləcək:

"İşgəncə şikayəti də ölkə daxilində ədalətli araşdırılmasa, günahkarlar cəzalandırılmasa, o məsələ ilə əlaqədar da Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik".

Daxili İşlər Nazirliyindən isə oktyabrın 19-da keçirilən aksiyada tutulanların döyülməsi və onlara işgəncələr verilməsi barədə deyilənlərin həqiqətə uyğun olmadığını bəyan ediblər. (AzadlıqRadiosu)
Geri qayıt