Əsas Səhifə > Azərbaycan > Azərbaycanda siyasi məhbusların sayı -

Azərbaycanda siyasi məhbusların sayı -


7-11-2019, 12:20.
title}
Azərbaycanda siyasi məhbusların sayı -


Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq (ASMAUİ) siyasi motivlərlə mühakimə olunanların yenilənmiş siyahısını açıqlayıb.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, siyahıda 135 nəfərin adı var.

Təşkilatın koordinatoru Elşən Həsənov bildirib ki, sentyabrın əvvəlində açıqlanmış 117 nəfərdən ibarət siyahı üzrə iki dindar və hüquq müdafiəçisi Əlabbas Rüstəmov azadlığa çıxıb.

“Eyni zamanda, siyahıya Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Paşa Umudov daxil olub. O, ötən ay narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. “Gəncə işi” üzrə adı keçən 20 nəfər də siyahıya daxil edilib. Ötən müddətdə onların barəsində hökm çıxarılıb,” o qeyd edib.

135 siyasi məhbus 7 qrupa ayrılıb.

“Jurnalistlər və blogerlər” qrupuna 6 nəfər daxildir.

“Müxalifət partiyalarının və hərəkatların üzvləri – 7 nəfər.

“Keçmiş Milli Təhlükəsizlik Nazirliyində cinayətlərin qurbanları” kateqoriyasına 3 nəfər daxildir. Onlar “Səid Dadaşbəylinin qrupu” işi üzrə mühakimə olunanlardır.

Emin Saqiyev “siyasi girov” kimi tanınıb. O, bacısının həyat yoldaşı, Avropada mühacirətdə yaşayan Türkel Azərtürkün müxalifətyonlü jurnalist fəaliyyətinə görə həbs edilib.

Ən çox məhbus “dindarlar” qrupundadır -53 nəfər.

“Gəncə işi” üzrə siyasi məhbusların sayı artıb. Əgər 2019-cu il sentyabr tarixli siyahıda 31 nəfər vardısa, indi onların sayı 51 nəfərdir.

“Ömürlük məhbuslar” qrupuna 14 nəfər daxildir.

Öz növbəsində rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu və siyasi əqidəsinə görə təqiblərin olmadığını bəyan edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir. Amnesty International ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.

ASMAUİ 2018-ci ilin sonlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov, hüquq müdafiəçisi Hilal Məmmədov və Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev tərəfindən yaradılıb. (AmerikanınSəsi)
Geri qayıt