Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > ReAL Partiyası seçki bloku yaradıb

ReAL Partiyası seçki bloku yaradıb


11-12-2019, 21:49.
title}
ReAL Partiyası seçki bloku yaradıb


Respublikaçı Alternativ (ReAL) Partiyası 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə blok şəklində gedəcək.

CİVİLAZERBAİJAN.COM
-un məlumatına görə, partiyanın sədri İlqar Məmmədov bildirib ki, blokun adı ReAL Cümhuriyyətçilər İttifaqıdır.

İ. Məmmədovun sözlərinə görə, İttifaqda ReAL Partiyasının üzvləri və müstəqil namizədlər təmsil olunacaq: «Parlamentə seçildikləri təqdirdə isə eyniadlı blok şəklində fəaliyyət göstərəcəklər».

O, əlavə edib ki, onların mövqelərini dəstəkləyən qurumlar, təşkilatlar bu bloka qoşulmaq istəsə, müraciətlər dəyərləndiriləcək: «Müraciət olunsa, məsələyə baxılacaq və müvafiq qərar qəbul ediləcək».

Müxalifət qüvvələrindən ReAL Partiyasından başqa, Müsavat və daha bir neçə partiya da növbədənkənar parlament seçkilərinə qatılır. Milli Şura isə seçkiləri boykot edəcəyini açıqlayıb. Onlar bu qərarlarına səbəb kimi qeyd ediblər ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü minimum imkanlar belə yoxdur.

Mərkəzi Seçki Komissiyası və rəsmilər isə bu qiymətləndirməni qəbul etmirlər. (AzadlıqRadiosu)
Geri qayıt