Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > ATƏT-dən seçkilərlə bağlı
ATƏT-dən seçkilərlə bağlı26-12-2019, 17:16. |
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı ehtiyacların dəyərləndirilməsi hesabatını yayıb. CivilAzerbaijan.com bildirir ki, qurum Azərbaycan hökumətinin dəvətilə dekabrın 19-dan 21-dək Ehtiyacların Qiymətləndirilməsi Missiyasını həyata keçirdiyini bildirir. Məqsəd ölkədə seçkiqabağı mühiti və seçkilərə hazırlığı qiymətləndirmək olub. Bu dəyərləndirmə əsasında DTİHB qarşıdan gələn seçkilərdə fəaliyyətlə bağlı qərar verir. Tövsiyələrə əməl olunubmu? Qurum bildirir ki, DTİHB-nin daha öncəki tövsiyələri ilə əlaqədar seçki qanunvericiliyinə heç bir dəyişiklik edilməyib. Buraya sərbəst toplaşma azadlığının təminatı, seçki administrasiyasının tərəfsizliyi, namizədlərin qeydiyyatı, media mühiti, seçki günü prosedurları məsələləri daxildir. Hakimiyyət isə açıqlıq, şəffaflıq və ədalət prinsiplərinə uyğun olaraq seçki keçirməyə sadiqliyini vurğulayıb. ATƏT missiyasının müsahibləri namizədlərin qeydiyyat prosesində tərəfsizliyin qorunmasından, özəlliklə imzaların təsdiqlənməsi prosedurundan narahat ifadə ediblər. Onların deməsinə görə, Konstitusiyada nəzərdə tutulmağına baxmayaraq, fundamental sərbəst toplaşma və ifadə azadlıqları kəskin şəkildə məhdudlaşdırılır, hökumətlə bağlı tənqidi fikir səsləndirənlər sistematik qısnama və cinayət təqibinə məruz qalır. Hesabatda ifadə və media azadlığının, informasiyaya çıxışın Konstitusiyada nəzərdə tutulmasına baxmayaraq, defamasiyaya görə cəzanın qüvvədə qaldığını, bunun artıq onlayna kontentə də aid edildiyi vurğulanır. Televiziya siyasi informasiyanın əsas mənbəyidir, bu məqsədlə sosial media və internetdən istifadə də artır. ADTİHB növbədənkənar parlament seçkiləri ilə bağlı ölkəyə Seçkini Müşahidə Missiyası yerləşdirməyi tövsiyə edir, ATƏT üzvlərinə 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi göndərmək tövsiyə olunur. (AzadlıqRadiosu) Geri qayıt |