Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Manşet / Üst manşet > Repçi Pərviz Quluzadə həbs edilib -

Repçi Pərviz Quluzadə həbs edilib -


27-12-2019, 12:58.
title}
Repçi Pərviz Quluzadə həbs edilib -


«Paster» ləqəbli repçi Pərviz Quluzadə saxlanıb. Bu barədə onun yaxınları dünən, dekabrın 26-da məlumat yayıblar.

CivilAzerbaijan.com
bildirir ki, onların deməsinə görə, repçi artıq 4 gündür ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.

Yaxınlarının sözlərinə görə, onun saxlanmasına səbəb dekabrın 9-da yazdığı «Gang» adlı repində «Paşa Bank» ASC haqqında «Götürəcəyəm ölkəni necə Paşa Bank» deməsidir. Yaxınlarının ehtimalına görə, saxlanan zaman repçiyə təzyiq göstərilib.

Repçi bu yaxınlarda çıxışlarının birində isə «Gizlində saxlayıram hörmətimi Rəsulzadə və Elçibəyə» misrasina yer vermişdi.

DİN repçinin həbsini təsdiq edir

Daxili İşlər Nazirliyi (DİN) repçi P.Quluzadənin saxlanılmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, ötən gün (dekabrın 26-da) P.Quluzadə Binəqədi rayonunda narkotikin təsiri altında ictimai asayişi pozub, polis əməkdaşları onu intizama dəvət edib: «Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o, polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib. Binəqədi Rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb».

Amma bu açıqlamaya, hələlik, P.Quluzadənin vəkili və ya yaxınlarından münasibət almaq mümkün olmayıb. (AzadlıqRadiosu)
Geri qayıt