Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Mehman Hüseynov: "Məni döyürdülər, telefona çəkirdilər"
Mehman Hüseynov: "Məni döyürdülər, telefona çəkirdilər"28-12-2019, 13:17. |
Bloqer, bələdiyyə seçkilərində namizəd Mehman Hüseynov-un dünən dekabrın 27-dən 28-nə keçən gecə saxlandığı bildirilir. CivilAzerbaijan.com-un məlumatına görə, bu barədə bloqerin özü bildirib. M. Hüseynovun deməsinə görə, Fəvvarələr meydanında dostu ilə gəzişərkən polislər onu maşına məndirərək naməlum istiqamətə aparıblar. Mehman Hüseynov qeyd edib ki, bundan bir neçə saat əvvəl Daxili İşlər Nazirliyinin qarşısında bir neçə gün öncə inzibati qaydada 30 sutka müddətinə həbs olunmuş repçi Paster ləqəbli Pərviz Quluzadəni müdafiə etmək məqsədi ilə “ Pasteri azad et” yazılmış şüar qaldırıb. "Altı nəfər polis bir yerdə döyürdü” Bloqerin vurğulamasına görə, gecə saxlanandan sonra isə, onu elə maşında polis əməkdaşlar döyüb: "Altı nəfər polis bir yerdə döyürdü. Səbəbini demirdilər. Sadəcə "plakatlar hanı? O birilər hanı? Niyə aksiya təşkil edib, kütləni arxanca aparırsan?" soruşub vururdular. Mən həbs olunmuş Pasterə dəstək olaraq plakatla şəkil paylaşmışam, amma sivil qaydada. Aksiya barədə isə ümumiyyətlə xəbərim yox idi". “Bütün bunları telefona çəkirdilər" M. Hüseynov qeyd edib ki, əvvəl onu Qaradağ Rayon Polis İdarəsinə aparmaq istəyiblər, lakin sonra fikirlərini dəyişiblər: "Apardılar çöllüyə, yerə uzadıb orada da döyməyə başladılar. Altı nəfər belimin, boynumun arxasında gəzirdilər, təpikləyirdilər. Bədənimdə xəsarət izləri qalıb. Alçaldıcı hərəkətlər etmək istəyirdilər. Palçığa salmaq istəyirdilər, sonra onlara zəng gəldi, fikrindən vaz keçdilər. Sonra dedilər ki, səni bir də şəhərin mərkəzində görsək, bundan da pis olacaq. Bütün bunları telefona çəkirdilər". Mehman Hüseynov vurğulayıb ki, polislərin hərəkətlərindən şikayət verəcək. DİN: Yalan və uydurmadır “Mehman Hüseynovun polis tərəfindən döyülməsilə bağlı açıqlamaları həqiqəti əks etdirmir, yalan və uydurmadır” Daxili İşlər Nazirliyi İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəsi Ehsan Zahidov bunu bloqer M.Hüseynovun saxlanması və döyülməsi ilə bağlı açıqlamasına cavab olaraq bildirib. Ehsan Zahidov E.Zahidovun deməsinə görə, M.Hüseynov və ətrafında olan bir qrup şəxs dekabrın 27-si gecə saat 12 radələrində əhalinin istirahət etdiyi bir vaxtda şəhərin mərkəzində icazəsiz aksiya keçirməyə cəhd edib: “Məhkəmənin qanuni hökmü ilə inzibati qaydada həbs edilmiş şəxsin (Paster” ləqəbli repçi Pərviz Quluzadə nəzərdə tutulur- red) azad olunması məqsədilə icazəsiz aksiya keçirməyə cəhd ediblər. Polisin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq M. Hüseynov öz qanunsuz və ictimai asayişin pozulmasına yönəlik hərəkətlərini davam etdirib. Belə halda polis məcbur olub, M.Hüseynovu həmin ərazidən uzaqlaşdırıb”. M.Hüseynovun polis tərəfindən döyülməsi ilə bağlı açıqlamasına cavab olaraq E.Zahidov deyib: “Amma sonradan M. Hüseynov iddia edir ki, guya ona təzyiq olub, bunar hamısı yalandır. Əgər M.Hüseynov sonradan kim tərəfindən döyülübsə, təzyiqə məruz qalıbsa, buyursun, ərazi üzrə polis orqanına müraciət etsin. Məsələ araşdırılsın ki, doğrudanmı döyülüb? Döyülübsə də kim tərəfindən döyülüb”, E.Zahidov belə bildirib. (AzadlıqRadiosu) Geri qayıt |