Əsas Səhifə > Azərbaycan > Lerikdə İqbal Məmmədovun əleyhinə imzatoplama kompaniyası başladı

Lerikdə İqbal Məmmədovun əleyhinə imzatoplama kompaniyası başladı


14-01-2020, 02:51.
title}
Lerikdə İqbal Məmmədovun əleyhinə imzatoplama kompaniyası başladı


Lerik rayonunda deputat İqbal Məmmədovun əleyhinə imzatoplama kampaniyası başlayıb.

CivilAzerbaijan.com
-a bu barədə rayon sakinləri məlumat veriblər.

Orand kənd sakinləri adından daxil olan və 138 nəfər tərəfindən imzalanan müraciətin bir nüsxəsinin Prezident Adminstrasiyasına, digər nüsxəsinin isə Mərkəzi Seçki Komissiyasına göndəriləcəyi bildirilir.

Bundan başqa müraciətə rayonun Şingədulan və Osyodərə ərazi icra nümayəndəliklərinə daxil olan kəndlərin sakinlərinin də qoşulduğu bildirilir.

Məlumatda deyilir ki, artıq Şingədulan sakinləri poçt vasitəsilə aidiyyatı qurumlara müraciət göndəriblər. Onlar ötən seçkilərdə parlamentdə təmsil olunan İqbal Məmmədovun fəaliyyətsizliyindən şikayətçidirlər.

Orand sakinləri isə bildiriblər ki, deputat onlara məxsus otlaqları özünün əkin-kartof sahəsinə çevirib. Kəndin istifadə etdiyi bulağın suyunu da ora çəkib.

Osyodərə ərazisinə daxil olan kəndlərin sakinləri isə deputatı son 5 ildə bircə dəfə də görmədiklərini qeyd ediblər. Sakinlər bildiriblər ki, İqbal Məmmədov yerli məmurlar və yaxın dostu "Azərsu" przidenti Qorxmaz Hüseynovla əlbir olaraq 3 kəndi - Şivlə, Biləvər və Geskön susuz qoymaq istəyib.

Bu məsələ isə rayonda böyük skandal yaradıb.

Ümumilikdə, 800-dən çox imzanın topalndığı deyilir.

Deputatlığa namizədlik üçün isə 450 imza nəzərdə tutulur. Sakinlər 800-dən artıq imzanın nəzərə alınıb deputatın namizədliyinin ləğv ediləcəyinə ümid edirlər.

Mövzu ilə bağlı İqbal Məmmədovla əlaqə saxlamaq mümkün olmayıb.
Geri qayıt