Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Novruz Bayramında əfv sərəncamı olacaqmı?
Novruz Bayramında əfv sərəncamı olacaqmı?5-02-2020, 14:15. |
"Əfv sərəncamının verilməsi prezidentin səlahiyyətindədir”. CivilAzerbaijan.com-un məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. O, sərəncamın verilib-verilməyəcəyi ilə bağlı dəqiq məlumat verə bilməyəcəyini deyib: "Novruz bayramı ərəfəsində prezident əfv sərəncamı imzalamaqla çoxsaylı ailələri sevindirir. 2003-cü ildən bu günə kimi 34 əfv sərəncamı imzalanıb. Bu sərəncam nəticəsi olaraq minlərlə şəxs azadlığa çıxaraq ailəsinə qovuşub və yeni həyata başlamaq imkanı əldə edib. Mən bu bayramda da əfv sərəncamının verilməsini istisna etməzdim. Amma hazırda ölkədə növbədənkənar parlament seçkiləri ilə bağlı mühim bir kampaniya gedir. Böyük və siyasi tədbirdir. Cəmiyyyət bütünlüklə seçkiyə köklənib. Bu tədbirin fonunda bəzi məsələlərdə ola bilsin ki, bir az vaxt lazım olsun. Bununla belə Novruz bayramında əfv sərəncamının verililib-verilməməsi üçün dəqiq fikir söyləyə bilməmərəm. Ümid edirik ki, olacaq”. Əliməmməd Nuriyev bütün hallarda Əfv Komissiyası katibliyində fasiləsiz iş getdiyini vurğulayıb: "Onlar daxil olan müraciətləri araşdırır. Fasiləsiz iş gedir. Komissiyanın nə vaxt toplaşaçağı ilə bağlı hər hansı məlumat söyləmək çətindir. Əgər komissiyanın iclası çağırılsa, yəqin ki, bu barədə mətbuata məlumat veriləcək”. Geri qayıt |